Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşlarına müqavimət göstərmiş Maqomed İsayeviç zərərsizləşdirilmişdir

06.11.2005

Saat 12.00 radələrində Qusar rayonunun Əniq Oba kəndində əlində bıçaq olan naməlum şəxsin polis əməkdaşlarına müqavimət göstərməsi və Xaçmaz rayonu istiqamətində qaçması barədə Xaçmaz RPŞ-yə məlumat daxil olub. Hadisə yerinə əməliyyat qrupu göndərilib. Həmin şəxs saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərərək üzərində partlayıcı qurğu olması ilə hədələmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymadığından polis əməkdaşları xəbərdarlıq atəşindən sonra onu çiyin və ayaq nahiyələrindən yaralamışlar. Həmin şəxs tutulmuş, onun Çeçsenistan Respublikası vətəndaşı Maqomed İsayeviç Asxabov olması müəyyən edilmişdir. Ondan 3 ədəd bıçaq, Qusar və Xaçmaz rayonlarının sərhədboyu yaşayış məntəqələrinin xəritəsi, 2 ədəd kompas, kapron sap, iynə, çoxlu sayda dini yazılar və kitablar götürülmüşdür.