Lökbatan qəsəbəsi Nizami küçəsindəki 19 saylı Kliniki Xəstəxanın otağında qumbara partlamışdır
25.11.2008 Saat 09.00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsindəki 19 saylı Kliniki Xəstəxananın 2-ci mərtəbəsində yerləşən növbətçi cərrahın otağında qumbara partlamışdır. Nəticədə növbədə olan cərrah Rəvayət Mütəllimov və tibb bacısı Reyhan Abdullayeva xəsarət almış, qapı və pəncərələr sınmışdır. Araşdırmalar aparılır.