Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dağıstan Respublikası ərazisində girov saxlanılmış Bakı şəhər sakini Nisbət Fərhadova azad edilmişdir

24.11.2008

Noyabrın 21-də Bakı şəhər sakini Nisbət Fərhadova DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə zəng edərək özlərini prokurorluq və milis əməkdaşları kimi təqdim etmiş 5-6 nəfər şəxs tərəfindən Kızılyurt rayonunun Novoçerkey kəndində girov saxlanılması və buraxılması müqabilində 200.000 ABŞ dolları tələb edilməsi barədə məlumat vermişdir. DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində hadisənin yeri və digər təfsilatları müəyyənləşdirilərək bu barədə Dağıstan Respublikasında DİN rəhbərliyinə məlumat verilmişdir. Keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Nisbət Fərhadova girovluqdan azad edilərək Bakı şəhərinə qaytarılmış, hadisəni törədən şəxslər isə saxlanılmışlar.