Quldurluq etmiş Ləki qəsəbə sakini Rövşən Əhmədov tutulmuşdur
24.11.2008 Noyabrın 15-nə keçən gecə Ağdaş rayonunun Ləki qəsəbəsində naməlum şəxs Abad kənd sakini Ramin Şıxməmmədovu bıçaqla hədələyərək 240 manatını və mobil telefonunu ondan almışdır. Ağdaş RPŞ əməkdşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ləki qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov tutulmuşdur.