Soyğunçuluq etmiş Qusar rayon sakini Əlixan Ağamuradov tutulmuşdur
24.11.2008 Noyabrın 23-də Biləcəri qəsəbəsində naməlum şəxs Lənkəran şəhər sakini Məlikməmməd Rzayevə qarşı zor tətbiq edərək 50 manatını, 500 dollarını və mobil telefonunu ondan almışdır. Binəqədi RPİ 6-cı PB əməkdşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Azsamand" markalı avtomaşının sürücüsü Qusar rayon sakini Əlixan Ağamuradov tutulmuşdur.