Tovuz rayon sakini Bayram Qarayevə məxsus evdə yanğın baş vermişdir
06.11.2005Saat 00.30 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini Bayram Qarayevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra B.Qarayevin yanmış meyiti tapılmışdır.