Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Bozalqanlı kənd sakini Habil Abıyev həyətində elektrik cərəyanı vurmasından 4 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır

23.11.2008

Saat 19.00 radələrində Tovuz rayonunun Bozalqanlı kənd sakini Habil Abıyev həyətində quyu qazarkən istifadə etdiyi qaynaq aparatında qısa qapanma baş vermişdir. Nəticədə H.Abıyevi və orada işləyən həmkəndliləri Etibar İbrahimovu, Hikmət Ələkbərovu, habelə hadisə yerinə çağırılmış Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənlərindən Rasim Sadıqovu elektrik cərəyanı vurması nəticəsində onlar hadisə yerində ölmüş, xəsarət almış Oqtay Hüseynov isə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.