Ağdam rayon sakinləri Cəmilə Şükürovanın və qızı Arzunun meyitləri tapılmışdır
22.11.2008 Bərdə rayonunun Alaçadırlı kəndində məskunlaşmış Ağdam rayon sakinləri Cəmilə Şükürovanın küt alətlə, onun qızı Arzunun isə boğulma yolu ilə qətlə yetirilmiş meyitləri evlərində tapılmışdır. Faktla əlaqədar cinayət işi başlanmış, Bərdə RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.