Narkotik maddə götürülmüş Bakı şəhər sakini Faiq Rəhimovun soyğunçuluq etməsi müəyyən edilmişdir
22.11.2008 Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Faiq Rəhimovdan 1,038 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməlyyat tədbirləri nəticəsində onun noyabrın 13-də Z.Xəlilov küçəsində Bakı şəhər sakini Elnur Abbasovu, noyabrın 20-də Şəhriyar küçəsində həmin küçədə yaşayan Babək Bayramovu bıçaqla hədələyərək mobil telefonlarını onlardan alması müəyyən edilmişdir.