DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Gərənə kəndində yol-nəqliyyat hadisəsi

20.11.2008

Saat 11.00 radələrində Bərdə rayonunun Gərənə kəndində, Ağdam rayon sakini Səyyaf İmranovun idarə etdiyi "QAZ-3110" markalı və Tərtər rayon sakini Nurəddin Mustafayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və sərnişinlər, Ağdam rayon sakini Qəhrəman İmanov, Tərtər rayon sakini Ramiz Mustafayev xəstəxanaya yerləşdirilmişlər. N.Mustafayevin vəziyyəti orta-ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Bərdə RPŞ tərəfindən araşdırmalar aparılır.