Masazır qəsəbə sakini Rəfayel İsmayılova məxsus evdə əbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
21.11.2008 Noyabrın 21-də saat 06.00 radələrində Masazır qəsəbəsində, qəsəbə sakini Rəfayel İsmayılova məxsus 2 mərtəbəli fərdi evdə ilkin məlumatlara əsasən təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin qapı və pəncərə çərçivələri yerindən çıxmış, divarlarda çat əmələ gəlmiş, ev əşyaları qismən yanmış, xəsarət almış R.İsmayılov və onun arvadı Almaz Cavadova isə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.