Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
04.11.2005Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Edik Rüstəmovdan 2,115 qram heroin götürülmüşdür. Şübhəli şəxs qismində Səbail RPİ-yə gətirilmiş Bakı şəhər sakini Ülvi Musayevdən 0,226 qram heroin götürülmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqurtlu kənd sakini, əvvəllər məhkum olunmuş Asəf Nuriyevdən 18,84 qram marixuana götürülmüşdür. Xaçmaz rayon sakini Emin Məmmədov 11,4 qram marixuananı satarkən RPŞ əməkdaşları tərəfindən tutulmuşdur. Narkotik vasitəni ona Niyazabad kənd sakini Ağaşərif Əzizov tərəfindən satılması müəyyən edilmişdir. A.Əzizovun evinə baxış zamanı oradan 516,2 qram marixuana aşkar edilərək götürülmüşdür.