Bülbülə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.11.2008 Saat 18.45 radələrində "112" xidmətinin operatoru "102" Zəng Mərkəzinə zəng edərək Bülbülə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən məlumat təsdiqini tapmış, İran vətəndaşı Saleh Məqaninin "Volvo" markalı avtomaşını idarə edərkən onu qaz borusuna vurması, habelə elektrik naqillərini qırması müəyyən edilmişdir. Araşdırmalar aparılır.