R.Həsənovu bıçaqla hədələyərək pul verməsini tələb etmiş Vəxtarik Əhmədxanov tutulmuşdur
02.11.2008
Noyabrın 3-də saat 00.30 radələrində naməlum şəxs metronun «Neftçilər» stansiyasının yaxınlığında Bakı şəhər sakini Ruslan Həsənovun idarə etdiyi «Mercedes» markalı avtomaşına sərnişin qismində oturub Yeni Suraxanı qəsəbəsinə gedəcəyini bildirmişdir.
Yeni Suraxanı qəsəbəsində həmin şəxs R.Həsənovu bıçaqla hədələyərək pul verməsini tələb etmiş və ona əlindən xəsarət yetirmişdir. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Rusiya Federasiyası vətəndaşı Vəxtarik Əhmədxanov tutulmuşdur.