Samux rayonunun Poylu kənd sakini Rafiq Çobanova məxsus evdə yanğın baş vermişdir
31.10.2008 Saat 16.35 radələrində Samux rayonunun Poylu kəndində, kənd sakini Rafiq Çobanova məxsus 1 mərtəbəli 5 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 40 kvm. sahədə evin yanar konstruksiyaları yanmış, R.Çobanov isə yüngül yanıq xəsarətləri almışdır. Araşdırmalar aparılır.