Masallı rayon sakini Tənzilə Əliyevanı qətlə yetirmiş şəxslər tutulmuşlar
31.10.2008Oktyabrın 30-da Lökbatan qəsəbəsindəki Nərimanov küçəsi ev 12 "A" mənzil 31-də, orada kirayədə yaşayan Masallı rayon sakini Tənzilə Əliyevanın bıçaqla qətlə yeirilmiş meyiti tapılmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Ağcabədi rayon sakinləri Firudin Əhmədov və onun oğlu Səbail tutulmuşlar.