Şirvan şəhərindəki tikinti və təsərrüfat malları anbarında yanğın baş vermişdir
25.10.2008 Saat 04.30 radələrində Şirvan şəhərindəki İbrahimov küçəsində şəhər sakini Məhəddin Muradova məxsus tikinti və təsərrüfat malları anbarında yanğın baş vermişdir. Nəticədə bütövlükdə anbarın yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Araşdırmalar aparılır.