Cəlilabad rayon sakini Məhəmməd Şükürova məxsus evdə yanğın baş vermişdir
24.10.2008 Oktyabrın 24-də saat 23.25 radələrində Cəlilabad rayon sakini Məhəmməd Şükürova məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 63 kvm. sahədə eyvanın yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Araşdırmalar aparılır.