İran vətəndaşı Şəhram Pərviz Firudin oğlunun mənzilindən oğurluq etmiş Bakı şəhər sakini Rövşən Əhmədov tutulmuşdur
20.10.2008Yasamal rayonundakı Ə.Ələkbərov küçəsində yaşayan İran vətəndaşı Şəhram Pərviz Firudin oğlunun mənzilindən 3 ədəd mobil telefon, 46000 real pul və qızıl əşyaları oğurlanmışdır. Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Əhmədov tutulmuşdur.