Salyan rayonunun Borankənd kəndində yol-nəqliyyat hadisəsi
13.10.2008 Saat 23.55 radələrində Salyan rayonunun Borankənd kəndində, Cəbrayıl rayon sakini Nizami Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı və Borsulu kənd sakini İlkin İsgəndərovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə N.Məmmədov və sərnişinləri, Cəillabad rayon sakinləri Anar Ağayev, Hənifə Ağayeva, habelə İ.İsgəndərov və sərnişinləri, həmyerliləri Teymur İsmayılov, Elgün İsmayılov, Ramin Hümbətov və Ağakərim İsgəndərov hadisə yerində ölmüşlər. Salyan RPŞ tərəfindən araşdırmalar aparılır.