Şəki rayon sakini Ş.İsmayılovu münaqişə zəminində döyərək xəsarət yetirmiş M.Məhərrəmov tutulmuşdur
12.10.2008Cari il sentyabrın 17-də Şəki şəhər sakini Makir Məhərrəmov öz evində, münaqişə zəminində Qudula kənd sakini Şamil İsmayılovu döymüşdür. Nəticədə Ş.İsmayılov sağlamlığının uzun müddəti pozulmasına səbəb olan xəsarət almışdır. Sentyabrın 30-da faktla əlaqədar polisə ərizə ilə müraciət olunmuş, cinayət işi başlanmışdır. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Məhərrəmov tutulmuşdur.