Narkotik vasitələrin daşınmasında şübhəli bilinən 4 nəfər İran vətəndaşı ilə polis arasında atışma baş vermişdir
11.10.2008Saat 01.30 radələrində Cəlilabad rayonunun Dərəli kəndi ərazisindən dövlət sərhədini qanunsuz olaraq keçmiş, narkotik vasitələrin daşınmasında şübhəli bilinən 4 nəfər İran vətəndaşı saxlanılarkən onlarla polis əməkdaşları arasında atışma baş vermişdir. Ölən və xəsarət alan olmamış, İran vətəndaşları 16 kiloqram 550 qram həşişi hadisə yerində ataraq qaçmışlar.