Tovuz rayonunun Girzan kənd sakini Məmmədbağır Alıyevə xəsarət yetirmiş Babək Əhmədov tutulmuşdur
08.10.2008Oktyabrın 6-da Tovuz rayonunun Girzan kəndindən, kənd sakini Məmmədbağır Alıyev qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Girzan kənd sakini Babək Əhmədov tutulmuşdur.