Oğuz rayonunun Dəymədərə kəndində yol-nəqliyyat hadisəsi
06.10.2008Saat 14.00 radələrində Oğuz rayonunun Dəymədərə kəndində, Balakən rayon sakini Elçin Alagözovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “Oka” markalı və Şəki şəhər sakini Elçin Mustafayevin idarə etdiyi “Toyota” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış E.Alagözov və sərnişini, Balakən rayon sakini Bəhruz Süleymanov xəstəxanaya yerləşdirilmişlər. E.Alagözov orada ölmüşdür. Oğuz RPŞ tərəfindən araşdırmalar aparılır.