DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 19 cinayət faktı qeydə alınmışdır

04.10.2008

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 10-u "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.   

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 9 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.     
  • 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər yaralanmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  •  Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.