Zığ qəsəbə sakini İlqar Mehrəliyevi bıçaqla qətlə yetirmiş Malik Zahidov könüllü olaraq təslim olmuşdur
04.10.2008 Saat 18.15 radələrində Səngəçal Dəmir Yolu Stansiyasının ərazisində Zığ qəsəbə sakini İlqar Mehrəliyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Səngəçal Dəmir Yolu Stansiyasının ərazisində yaşayan Malik Zahidov Qaradağ RPİ-yə gələrək hadisəni qısqanclıq zəminində törətməsini etiraf etmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.