DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi

04.10.2008

Saat 11.20 radələrində Bərdə rayonu ərazisində, Bəjrəvan kənd sakini Əlizamin Səmədovun idarə etdiyi "Mercedes" markalı və Ağdam rayon sakini Etibar Süleymanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-2106" markalı avtomaşının sərnişini, "N" saylı hərbi hissənin qulluqçusu Bəhruz Quliyev hadisə yerində ölmüş, xəsarət almış E.Süleymanov və digər sərnişinləri, anası Ofeliya, həmin hərbi hissənin əsgəri Yusif Babayev, həmyerlisi Elmir Süleymanov, habelə Ə.Səmədov və sərnişinləri, həmkəndliləri Tofiq Salahov, onun bacısı Tamara xəstəxanaya yerləşdirilmişlər. Ofeliya orada ölmüşdür. Bərdə RPŞ tərəfindən araşdırmalar aparılır.