DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhərinin Göyşaban kəndində yol-nəqliyyat hadisəsi

05.10.2008

Oktyabrın 6-da saat 03.40 radələrində Lənkəran şəhərinin Göyşaban kəndində, Astara rayon sakini Elmar Qəniyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Digah kənd sakini Zamiq Bağırovun idarə etdiyi "YMZ" markalı traktorun qoşqusuna vurmuşdur. Nəticədə "VAZ-2106" markalı avtomaşının sərnişini, Astara rayon sakini İlqar Əliyev hadisə yerində ölmüş, xəsarət almış sürücüsü E.Qəniyev isə xəstəxanaya yerləşdirilmişdir. Lənkəran ŞRPŞ tərəfindən araşdırmalar aparılır.