DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağdam rayonunun Quzanlı qəsəbəsində yanacaq doldurma məntəqəsində yanğın baş vermişdir

04.10.2008

Saat 12.40 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində, qəsəbə sakini Qanboy Verdiyevə məxsus yanacaq doldurma məntəqəsində yanğın baş vermişdir. Nəticədə 4 kvm. sahədə məntəqənin yanar konstruksiyaları, habelə 2 ədəd 10 tonluq çənlərdə olan yanacaq yanmış, yanğını söndürməkdə iştirak etmiş oranın işçisi Rahib Həsənov və FHN-in əməkdaşı Oqtay İsmayılov isə yanıq xəsarətləri almışlar. Araşdırmalar aparılır.