Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonundakı Azadlıq prospektində yol-nəqliyyat hadisəsi

03.10.2008

Saat 09.50 radələrində Nərimanov rayonundakı Azadlıq prospektində Bakı şəhər sakinləri Şahin Bayramovun idarə etdiyi "Otoyol" markalı və Baxış Hüseynovun idarə etdiyi "Hunday" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ş.Bayramovun xəsarət almış sərnişinlərinə, Bakı şəhər sakinləri Ziyafət Hüseynovaya, Samirə Məmmədovaya, Ramin Pənahlıya, Ceyran Şıxəliyevaya, Aygün Kərimovaya, Sitarə Mirzəyevaya, Masallı rayon sakini Qurban Kərimova, Ağstafa rayon sakini Süleyman Allahverdiyevə və Şərur rayon sakini Lətif Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.