DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 21 cinayət faktı qeydə alınmışdır

30.09.2008

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.   

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 1 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.     
  •  2 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.