DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonundakı 1-ci Bülbülə küçəsindəki yeni tikilidə yaşayan Arif Məcnunova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir

30.09.2008

Saat 09.30 radələrində Suraxanı rayonundakı 1-ci Bülbülə küçəsindəki yeni tikilidə yaşayan Arif Məcnunova məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə qapı və pəncərələr sınmış, döşəmədə çatlar əmələ gəlmiş, xəsarət almış A.Məcnunov, arvadı Sədaqət, qızları Aytac, Günel və oğlu Fərman TYX-nin yanıq şöbəsinə yerləşdirilmişlər. Araşdırmalar aparılır.