DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərindəki Betonzavodun ərazisindəki tikilidə yaşayan Qardaşxan Hüseynova məxsus 2 otaqlı fərdi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

30.09.2008

Saat 09.10 radələrində Sumqayıt şəhərindəki Betonzavodun ərazisindəki tikilidə yaşayan Qardaşxan Hüseynova məxsus 2 otaqlı fərdi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə qapı və pəncərələr sınmış, 6 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət almış Q.Hüseynov və arvadı Zümrüd TYX-nin yanıq şöbəsinə yerləşdirilmişlər. Q.Hüseynov orada ölmüşdür. Araşdırmalar aparılır.