DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

30.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Həmid Təhməzovdan  6,281 qram, Nazim Abdullayevdən 1,008 qram heroin götürmüşlər.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşları tərəfindən Qızıl Qaya qəsəbəsindən yabanı halda bitmiş, çəkisi 3,289 ton olan 2084 ədəd, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Zaqatala Hava Limanı ərazisində yabanı halda bitmiş, çəkisi 693 kiloqram olan 3526 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.