DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayonunun Quşqara kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.09.2008

     Saat 23.10 radələrində Göygöl rayonunun Quşqara kəndində, "N" saylı hərbi hissənin qulluqçusu Arif Çələbiyevin idarə etdiyi "BMW" markalı və Şəmkir rayon sakini Ədalət Pənahovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.Pənahovun sərnişinlərindən həmyerlisi Laləzər Heydərova ölmüş, xəsarət almış Ə.Pənahov və Şəmkir rayon sakinləri Elcan Mahmudov, Esmira Budaqova və Əminə Nəsibova isə xəstəxanaya yerləşdirilmişlər. Göygöl RPŞ tərəfindən araşdırmalar aparılır.