Bakı şəhər sakini İ.Məmmədova məxsus mağazadan oğurluq etmiş İ.Ramazanov tutulmuşdur
25.09.2008Sentyabrın 25-nə keçən gecə Xətai rayonundakı M.Hadi küçəsində Bakı şəhər sakini İlham Məmmədova məxsus mağazadan açar seçmək yolu ilə seyfdən 2295 manat və 8815 dollar oğurlanmışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş oranın işçisi İlqar Ramazanov tutulmuşdur.