Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-qəza hadisəsi
20.10.2005Saat 06.00 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Rövşən Sadıqov "Qazel" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış, Havzava kənd sakini Mərhəmət Əliyevə məxsus "Belorus" markalı dövlət tanınma nişanları olmayan traktora vurmuşdur. Nəticədə R.Sadıqovun sərnişinləri, Girdəni kənd sakini Zemfira Baxşıyeva, Veravul kənd sakini Rəhimə Məmmədova hadisə yerində ölmüş, xəsarət almış Vilvan kənd sakinləri Bülbül Bayramova, Şəfiqə Tahirova, Natəvan Hüseynova və Ağcabədi rayon sakini Rauf Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.