DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

"Moskva" univermağından oğurluq etməyə hazırlaşan cinayətkar qrupun üzvləri tutulmuşlar

23.09.2008

     DİN Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat 03.30 radələrində A.Məhərrəmov küçəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü, Yeni Suraxanı qəsəbə sakini Baba Aydəmirov və sərnişini, Masallı rayon sakini Ruslan Abbasov şübhəli şəxs qismində saxlanılmışlar. Avtomaşına baxış zamanı 2 ədəd dəmir kəsən qayçı, əlcək, idman papağı və sair əşyalar aşkar edilmişdir. Araşdırmalar zamanı B.Aydəmirov və R.Abbasov "Moskva" univermağından oğurluq etməyə hazırlaşdıqlarını etiraf etmişlər. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ Cİnayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvləri, Əmircan qəsəbə sakinləri Eldar Əlisultanov, Pərviz Zöhrabov və Valeh Əsədullayev tutulmuşlar.