Sumqayıt şəhər sakini N.Kərimovun işlətdiyi mağazadan qadağan edilmiş dini kitablar götürülmüşdür
23.09.2008DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərindəki 17-ci mikrorayon ərazisində, şəhər sakini Nəriman Kərimovun işlətdiyi "İslam Nuru" mağazasından müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilmiş 77 ədəd dini kitablar aşkar edilərək götürülmüşdür.