Qızıl mağazasından 3950 manat dəyərində sırğanı oğurlamış Bakı şəhər sakini F.Feyzullayev tutulmuşdur
23.09.2008Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 24-də M.Ə.Rəsulzadə küçəsində yerləşən "Le Sansi" qızıl mağazasından 3950 manat dəyərində olan sırğanı oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Feyzullayev tutulmuş və ondan 0,218 qram heroin götürülmüşdür.