DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.09.2008

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Orxan İmaməliyevdən 0,3 qram həşiş, Yevlax RPŞ əməkdaşları rayon sakini Sabir İsmayılovdan 0,524 qram heroin, Kəpəz RPŞ əməkdaşları Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Məmmədovdan 63,84 qram marixuana götürmüşlər.  

     Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakini Yusif Qasımov 203,101 qram heroini satarkən tutulmuşdur.

      Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşən Ağayev Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fərid Əliyevə 0,228 qram heroini satarkən tutulmuşlar.

     Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdabi kənd sakini Kərim Həmidovdan 0,222 qram heroin götürülmüşdür. K.Həmidovun narkotik vasitəni Xaçmaz rayon sakini Azər Teymurxanlıdan alması müəyyən edilmişdir. A.Teymurxanlı tutulmuş, ondan 0,238 qram heroin götürülmüşdür.