DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

22.09.2008

     Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 26-ı "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 4 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
  • 1 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 46 nəfər tutulmuşdur.

22.09.2008 tarixinə olan kriminal məlumatlar