DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.09.2008

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ 24-cü PB əməkdaşları Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emil Hənifəyevdən 0,229 qram heroin, Xətai RPİ 36-cı PB əməkdaşları Lənkəran şəhər sakini Fariz Hüseynovdan 0,469 qram heroin, Bakı şəhər sakini Rəşid Sadıqovdan 0,623 qram heroin, Kürdəmir RPŞ əməkdaşları Sığırlı kənd sakini Mirbaba İdrisovdan 0,27 qram heroin, Nizami (Gəncə) RPŞ əməkdaşları Gəncə şəhər sakini Elsevər Yusifovdan 0,518 qram heroin götürmüşlər.   

     Göygöl RPŞ əməkdaşları tərəfindən Üçtəpə kəndində, 0,6 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1850 kiloqram olan 680 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

22.09.2008 tarixinə olan kriminal məlumatlar