Saxta sənəd satarkən Füzuli rayon sakini Kərəm Əliyev tutulmuşdur
21.09.2008 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri M.Rüstəmov küçəsində yaşayan Füzuli rayon sakini Kərəm Əliyev 5 il stajı olan əmək kitabçasını, habelə İsrafil Həmzəyevin adına orta məktəbi bitirməsi haqqında saxtalaşdırılmış atestatı Mərdəkan qəsəbə sakini Elqar Axundova müvafiq olaraq 200 və 1000 manata satarkən tutulmuşdur. K.Əliyevin mənzilinə baxış zamanı 32 ədəd doldurulmamış atestat, 1 ədəd Füzuli rayonu Zərgər kənd orta məktəbinə məxsus möhür və 2 ədəd ştamp aşkar edilərək götürülmüşdür.