DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

21.09.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 5-ci PB əməkdaşları Bakı şəhər sakini Elçin Rüstəmovdan 0,254 qram heroin, Nərimanov RPİ əməkdaşları Qəbələ rayon sakini Azər Şəfiyevdən 0,775 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşları Bakı şəhər sakinləri Osman Abbaszadədən 0,222 qram heroin, Etibar Camalovdan 0,119 qram heroin, Tofiq Ələsgərovdan 0,221 qram heroin götürmüşlər. 

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Eldar Avadyayevdən 0,53 qram marixuana götürülmüşdür. Narkotik vasitəni ona satmış Dəlləkli kənd sakini Arif Əsədzadə, habelə A.Əsədzadəyə narkotik vasitəni satmış Əlibəyli kənd sakini Fuad Babayev tutulmuşlar. F.Babayevdən 7,4 qram marixuana götürülmüşdür.