DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonundakı Neftçilər prospektində yol-nəqliyyat hadisəsi

20.09.2008

Saat 00.20 radələrində Səbail rayonundakı Neftçilər prospektində Lökbatan qəsəbə sakini Rüfət Hacıbalayevin idarə etdiyi "Mazda", Sabirabad rayon sakinləri Əkrəm Məmmədovun idarə etdiyi "VAZ-2107" və Müşfiq Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış Ə.Məmmədov və sərnişinləri, Sabirabad rayon sakinləri Malik Əlicanov, Elşad Məmmədov, habelə "Mercedes" markalı avtomaşının sərnişinləri, Sabirabad rayon sakinləri Səhrab Əliyev və İlqar Nuriyev xəstəxanaya yerləşdirilmişlər. Səbail RPİ tərəfindən araşdırmalar aparılır.