Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
17.09.2026Sentyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 46 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.