Abşeron rayonunun ərazisində yol-nəqliyyat hadisəsi
17.09.2008Saat 10.00 radələrində Abşeron rayonunun ərazisində, Şamaxı şəhər sakini, Ruxsar Babayev "Mercedes" markalı avtomaşınla dəmir borunun üstündən keçərkən, boru avtomaşının altından çıxaraq sərnişini Adıgözəl Bədəlova dəymişdir. A.Bədəlov aldığı xəsarətdən xəstəxanada ölmüşdür. Araşdırmalar aparılır.