243 №-li xətt avtobusunda oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəsur İsmayılov və Yeni Suraxanı qəsəbə sakini Bunyat Bunyatov tutulmuşlar
12.09.2008Sentyabrın 13-də Suraxanı rayonunda, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəsur İsmayılov və Yeni Suraxanı qəsəbə sakini Bunyat Bunyatov Suraxanı RPİ əməkdaşları tərəfindən oğurluqda şübhəli şəxs qismində 31-ci PB-nə gətirilmişlər. C.İsmayılov və B.Bunyatovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların sentyabrın 12-də 243 №-li xətt avtobusunda, Hövsan qəsəbə sakini Validə Orucovanın əl çantasından 120 manat və mobil telefonunu oğurlamaları müəyyən edilmişdir.