"Akkord" Şirkətlər Qrupuna məxsus 2 ton sement oğurlamış Hacıqabul rayon sakinləri Şamxal Əliyev və Şahbaz Eyvazov tutulmuşlar
11.09.2008Sentyabrın 11-də Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisində, VL-11-369 №-li elektrovozun yük qatarından "Akkord" Şirkətlər Qrupuna məxsus 2 ton sement oğurlanmışdır. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Hacıqabul rayon sakinləri Şamxal Əliyev və Şahbaz Eyvazov tutulmuşlar.